Qəzada yaralanan 17 yaşlı Alışan vəfat etdi
Yeniliklərdən dərhal xəbərdar olun
İki gün əvvəl Biləsuvarda baş vermiş ağır qəzada yaralanan şəxslərdən biri ölüb.
BAKU.WS Qafqazinfo-ya istinadla xəbər verir ki, 5 saylı Cəbrayıl məcburi köçkün qəsəbəsinin Şahvəlli kəndi ərazisində yük avtomobili ilə minik avtomobilin toqquşması nəticəsində xəsarət alan 2005-ci il təvəllüdlü Məhərrəmov Alışan Vidadi oğlu Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsində vəfat edib. Avtomobilin sürücüsü və digər sərnişinin müalicəsi isə davam etdirilir.
Qəzada vəfat edən 17 yaşlı Alışan Məhərrəmov Cəbrayıl rayonu, İ.Tahirov adına Mehdili kənd tam orta məktəbini bu il bitiribmiş.
Faktla bağlı Cəbrayıl rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər
TƏBİB-dən Goranboyda qəzada xəsarət alan 21 nəfərlə bağlı AÇIQLAMA - YENİLƏNİB
Goranboyda baş verən yol qəzasında xəsarət alan 21 nəfərə tibbi yardım göstərilib. Bu barədə BAKU.WS-ə TƏBİB-dən bildirilib. Qeyd edilir ki, rayonun Qaramusalı...