Qəfil ölən həkimin iş yoldaşı: “Həyat eşqi sönmüşdü” - FOTO

Mayın 18-də vəfat edən Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasının 41 yaşlı baş laborantı, mammoloq-cərrah Zeynalova Sahibə Məhəmməd qızının ölümü ilə bağlı müxtəlif mülahizələr irəli sürülüb.
BAKU.WS Qafqazinfo-ya istinadla xəbər verir ki, S. Zeynalovanın iş yoldaşları və onu tanıyan bir çox insan cərrahın depressiv vəziyyətdə olduğunu bildiriblər. Mərhum həkimin keçmiş iş yoldaşı Aynur Qasımova sosial şəbəkədə hadisə barədə status yazaraq bildirib ki, Sahibə Zeynalova anasını itirəndən sonra həyatdan küsüb:
“Sahibə doktor ağıllı, əxlaqlı, sakit təbiətli insan idi. Xüsusilə qeyd etmək istərdim ki, onun həyat eşqi sönmüşdü. Sən o qədər ananı sevdin ki, onu itirməyə dözmədin. Qovuşdu Sahibə doktor anasına. Gözəl bacım, məkanın cənnət olsun”.
Qeyd edək ki, Lent.az saytı S.Zeynalovanın damarına iynə ilə dərman yeridərək intihar etməsi barədə məlumat yayıb. Mərhumun yaxınları isə bunu təkzib edərək 41 yaşlı həkimin infarktdan öldüyünü bildiriblər.
Hazırda ölüm fakt ilə bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır. S.Zeynalovanın ölümünün səbəbi ekspertiza rəyindən sonra dəqiqləşəcək.

Oxşar xəbərlər
“Səbinə ilə intim fotolarımızı ərinə göndərdim” - Azərbaycanda şok olayın təfərrüatı
Mingəçevir şəhər sakini, 1988-ci il təvəllüdlü Məhəmməd Əliyev qadına təcavüz etməkdə, şantaj və sağlamlığa xəsarət yetirməkdə ittiham olunub. BAKU.WS “teleqraf...
