Qəbiristanlığa atılan azyaşlının atası tapıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeron rayonu ərazisində qəbiristanlıq ərazisinə atılan azyaşlının atası tapılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-a Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə məlumat verib.
O bildirib ki, həmin şəxsin uşaqla heç vaxt ünsiyyəti olmayıb:
"Burada bioloji atadan söhbət gedir. Onun uşaqla heç vaxt ünsiyyəti olmayıb. O, uşaq barəsində heç nə bilmir. Sadəcə şəkilini görüb. Bu şəxsi sığınacağa dəvət etmişik, gəldikdən sonra söhbət aparılacaq".
Xatırladaq ki, mayın 4-də "Fatimeyi-Zəhra" məscidinin yaxınlığındakı Goradil qəbiristanlığından 2 yaşlı oğlan uşağı tapılıb.
Onun anası müəyyənləşdirilib və dövlət qurumuna dəvət olunub. Lakin ana övladından imtina edib.
Oxşar xəbərlər
58 yaşlı kişini maşın vurub öldürdü
Şəkidə piyada ölümü ilə nəticələnən qəza baş verib. BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu gün saat 11 radələrində Şəki şəhəri ərazisində Arif Səli...