Qəbələdə subasma zamanı iki azyaşlı köməksiz vəziyyətdə qaldı - VİDEO
Qəbələdə subasma zamanı köməksiz vəziyyətdə qalmış iki azyaşlı təxliyə edilib.
BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, qurumun “112” qaynar telefon xəttinə Qəbələ rayonunun Bunud kəndində intensiv yağıntılar səbəbindən ərazinin subasmaya məruz qalması nəticəsində fərdi yaşayış evində iki azyaşlının köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasetmə qrupu cəlb olunub.Xilasedicilər tərəfindən köməksiz vəziyyətdə qalan azyaşlılar təhlükəsiz əraziyə təxliyə ediliblər.
Həmin görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...