Qəbələdə baş verən qəza zamanı ölən şəxsin KİMLİYİ MƏLUM OLDU

Qəbələdə baş verən qəza zamanı ölən şəxsin KİMLİYİ MƏLUM OLDU
Hadisə 80

Qəbələ rayonunda ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin kimliyi məlum olub.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, ölən şəxs "Nissan Navara" markalı avtomobilin sürücüsü Mətin İbrahimov olub.

Qeyd edək ki, Qaraməryəm-İsmayıllı-Şəki yolunun Qəbələ rayonunun Nic qəsəbəsi ərazisindən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə yanvarın 26-da, saat 02:00-da qeydə alınıb.

"1998-ci il təvəllüdlü Mətin Vüsal oğlu İbrahimovun idarə etdiyi "Nissan Navara" markalı, 99-SC-744 dövlət nömrə nişanlı avtomobil idarəetmədən çıxaraq aşıb. Sürücü hadisə yerində həyatını itirib. Onun sərnişini, 2000-ci il təvəllüdlü Kənan İlqar oğlu Zakirzadə isə xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır", - deyə məlumatda bildirilir.

*** 09:05

Qəbələdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə gecə saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Nic qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, idarəetmədən çıxan "Nissan Navara" markalı avtomobil yol kənarına aşıb. Nəticədə bir nəfər ölüb, 26 yaşlı Kənan İlqar oğlu Zakirzadə isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralı Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ölən şəxsin kimliyi müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər