Qəbələdə narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub
03
iyn
2026
17:24
Qəbələ Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı narkotik vasitənin təsiri altında avtomobil idarə edən 32 yaşlı Cəmil Əhmədov saxlanılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tibbi müayinə zamanı sürücünün psixotrop maddə metamfetamin istifadə etdiyi məlum olub. C.Əhmədov barəsində toplanmış material baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə o, 15 sutka inzibati qaydada həbs olunub.
Oxşar xəbərlər
Salyanda avtomobil aşıb, 3 nəfər xəsarət alıb
Salyanda yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər xəsarət alıb. BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə səhər saatlarında Ələt-Astara magistralının Sal...