Qəbələdə dağlıq-meşəlik ərazidə azan 3 nəfər xilas edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Qəbələ rayonu, Nohurqışlaq kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə 3 nəfərin yolu azaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
BAKU.WS FHN-in yaydığı məlumata istinadən xəbər verir ki, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri axtarış-xilasetmə işlərinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.
Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilən çevik və təxirəsalınmaz tədbirlər nəticəsində vətəndaşların olduğu yer müəyyən olunub, onların xilasedicilərin müşayiəti ilə təhlükəsiz əraziyə təxliyəsi təmin edilib.
Oxşar xəbərlər
Bakıda çoxmərtəbəli yaşayış binasındakı yanğın söndürülüb - YENİLƏNİB - VİDEO
Bakıda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən BAKU.WS-ə məlumat verilib. Bildir...