Qəbələdə dağlıq ərazidə yanğın başlayıb - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Qəbələ rayonu, Solquca kəndi yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə bildirilib ki, məlumat əsasında dərhal əraziyə FHN-in müvafiq qüvvələri cəlb olunmaqla yanğınla mübarizə tədbirlərinə başlanılıb.
Hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları və Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin 2 ədəd helikopteri yanğının söndürülməsi əməliyyatını icra edir. Yanğınsöndürmə işlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları da iştirak edir.
Relyefin mürəkkəbliyi və mütəmadi güclənən külək yanğınsöndürmə işlərini çətinləşdirsə də yanğınla mübarizə tədbirləri fasiləsiz olaraq davam etdirilir.
Oxşar xəbərlər
Hirkan Milli Parkında yağını söndürmək çətinləşib: Amfibiya təyyarəsi havaya qaldırıldı - YENİLƏNİB
Hirkan Milli Parkında (Astara rayonu ərazisi) yanğın davam edir. BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar nazirliyi məlumat yayıb. Bildirilib ki, yüks...