Qəbələdə avtomobil ağaca çırpılaraq yanıb, ölən və xəsarət alanlar var
Yeniliklərdən dərhal xəbərdar olun
Qəbələ rayonunda ölümlə və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan "Report"un Şimal-qərb bürosunun verilən məlumata görə, Qəbələ-Ağdaş avtomobil yolunun rayonun Əmili kəndi ərazisindən keçən hissəsində Rafael Əzizovun “Mercedes” markalı avtomobilə idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yolun kənarındakı ağaca çırpılaraq yanıb.
Hadisə nəticəsində sürücü və sərnişini Məhəmməd Qafarov xəsarət alıb, digər sərnişin, 1970-ci il təvəllüdlü Rafael Mirzəliyev aldığı xədarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Xocalıda avtomobil qəzası olub, ölən və xəsarət alanlar var
Xocalıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov...