Qazaxın İkinci Şıxlı kəndində yanacaqdoldurma məntəqəsi və TIR parkı tikilir? - NARAZILIQ
Yeniliklərdən dərhal xəbərdar olun
Qazax rayonunun İkinci Şıxlı kəndində yaşayış məntəqəsinin yaxınlığında yanacaqdoldurma məntəqəsi və TIR parkının tikintisinin aparılması iddiası kənd sakinlərinin narazılığına səbəb olub.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Sakinlərin iddiasına görə, tikinti işləri yaşayış üçün nəzərdə tutulmuş torpaq sahəsində həyata keçirilir. Onlar iddia edirlər ki, həmin ərazi üzrə təyinat yaşayış məqsədlidir və burada sənaye və ya ağır nəqliyyat infrastrukturu obyektlərinin inşası qanunvericiliyin tələblərinə uyğun deyil.
Kənd sakinləri məsələ ilə bağlı Qazax Rayon İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etdiklərini bildirirlər.
Onların iddiasına görə, Qazax Rayon İcra Hakimiyyətindən verilən cavabda sözügedən ərazi üçün ofis binasının tikintisinə icazə verildiyi qeyd olunub. Lakin sakinlər hesab edirlər ki, hazırda aparılan tikinti işləri həmin təyinata uyğun gəlmir və faktiki olaraq yanacaqdoldurma məntəqəsi ilə TIR parkının inşası həyata keçirilir.
Ərazidən kadrları və sənədləri təqdim edirik:
Qalereya
Oxşar xəbərlər
"Pərviz Abubəkirovun ali təhsili yoxdur, diplomu saxtadır" - Qənirə Ataşovadan həmkarına sərt ittihamlar
"Azərbaycan səhiyyəsi daha bir diplomsuz rəhbərdən xilas oldu. Pərviz Abubəkirov uzun illər tutduğu Səhiyyə Nazirliyinin mətbuat katibi vəzifəsindən ayrıldı. Bu...