Qazaxda narkokuryer saxlanıldı
Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkokuryerlik edən Xəyal Rəhimov saxlanılıb. Ondan ümumilikdə 2 kiloqrama yaxın heroin və marixuana aşkar edilib.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.
Bildirilib ki, araşdırmalarla müəyyən edilib ki, X.Rəhimov ölkə ərazisinə qeyri-qanuni yolla gətirilərək Qazax rayonu ərazisində gizlədilən narkotikləri satış məqsədi ilə əldə edib. Saxlanılan şəxs kuryer fəaliyyətini maddi qazanc müqabilində həyata keçirdiyini bildirib.
Faktla bağlı Qazax Rayon Polis Şöbəsində cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Bakıda qəribə dələduzluq: "Maşın oğurluqdur" deyib əlindən aldı, sonra yenidən özünə satdı
Altı il əvvəl İrandan Azərbaycana gələn şəxs iş qurmaq məqsədilə kreditlə yük avtomobili alsa da, dələduzluqla üzləşdiyini iddia edir. Onun sözlərinə görə, əvv...