Qazaxda kişinin arvadını güllələməsinin səbəbi bilindi - RƏSMİ

Qazaxda kişinin arvadını güllələməsinin səbəbi bilindi - RƏSMİ
Hadisə 3083

Avqustun 4-də saat 01 radələrində Qazax rayonu ərazisində 1973-cü il təvəllüdlü Maral Osmanlının güllələnməsi və aldığı xəsarətlər nəticəsində ölməsi barədə məlumat daxil olub.

Bu barədə Qazax rayon Prokurorluğundan BAKU.WS-ə bildirilib.

Verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.

İlkin araşdırmalarla müəyyən edilmişdir ki, zərərçəkmişin əri Ayaz Osmanlının təmizlik işləri apararkən təklülə ov tüfəngini açmaq istəyərkən barmağının tətiyə toxunaraq atəş açılması nəticəsində qarşısında dayanan arvadı Maral Osmanlıya xəsarət yetirərək onu ehtiyatsızlıqdan öldürməsinə əsaslı şübhələr yaranıb.

Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Baş Prokurorluq Kənan Musayevin ölümü ilə bağlı məlumat yayıb

Baş Prokurorluq Kənan Musayevin ölümü ilə bağlı məlumat yayıb

19 iyun 2019-cu il tarixdə saat 21 radələrində Kəlbəcər rayonundan məcburi köçkün Kənan Musayevin Abşeron rayonu, Mehdiabad qəsəbəsində yaşadığı mənzilin açıq e...

2877 Hadisə 18:55 14 yanvar 2020

Son xəbərlər