Qazaxda avtoxuliqanlıq edən sürücü həbs olunub
Yeniliklərdən dərhal xəbərdar olun
Qazaxda avtoxuliqanlıq edən sürücü həbs olunub.
BAKU.WS xəbər verir ki, Qazax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə gecə saatlarında idarə etdiyi VAZ markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını kobud şəkildə pozan və digər sürücülərə təhlükə yaradan Ə.Sadiqi saxlanılıb.
Araşdırmalar onun sürücülük hüququ və etibarnamə olmadan, eləcə də avtomobili dövlət qeydiyyat nişanını çıxaraq idarə etdiyi məlum olub.
Sürücü barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Ə.Sadiqi inzibati qaydada həbs edilib.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....