Qazax milyarder şahzadənin evini sökdü - FOTO
Britaniya kraliçası 2-ci Yelizavetanın üçüncü övladı və ikinci oğlu, York şahzadəsi Endruya və onun xanımı hersoginya Sara Ferqüssona məxsus malikanə artıq sökülüb.
BAKU.WS milli.az-a istinadən bildirir ki, İngiltərənin Berkşir qraflığındakı Askot şəhərində yerləşən "Sunninghill Park" malikanəsi bir zaman kraliça tərəfindən oğlu Endruya toy hədiyyəsi qismində verilmişdi.
Şahzadə Endryu ailəsi ilə birlikdə həmin malikanədə yaşayanda ora "South York" adlanırdı.
2015-ci ildə malikanə Qazaxıstanın ən zəngin iş adamlarından biri, 50 yaşlı milyarder Timur Kulibayevə satılıb.
Malikanə hazırda Gövhər Aşkenazi adlı qadının adına rəsmiləşdirilib.
G.Aşkenazinin adına Londonun qərbindəki Holland-Park səmtində 27,5 milyon funt-sterlinq dəyərində malikanə də var.
12 otaqlı malikanədə şahzadə Endryu hersoginya Saranı boşayanadək birlikdə yaşayıb. 1986-cı ildə ailə qurmuş şahzadə ilə hersoginya 10 il sonra ayrılmışdılar.
Şahzadə Endryu boşanmadan sonra malikanəni tərk etsə də hersoginya Sara qızları Beatrik və Ejeni ilə birlikdə 2005-ci ilədək "Sunninghill Park"da yaşayırdı.
BAKU.WS
Oxşar xəbərlər
Ərə getmək arzusu baha başa gəldi - "WhatsApp"la 22 min manatını ələ keçirdilər
Naftalanda "WhatsApp" vasitəsi ilə fala baxan şəxs qadının 22 min manatını ələ keçirib. BAKU.WS qaynarinfo-ya istinadən xəbər verir ki, 1997-ci ildə Goranboy r...