Qaydaları pozan 39 sürücü cərimələnib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Zaqatalada yol hərəkəti təhlükəsizliyini daha səmərəli təşkil etmək və qayda pozuntuları törədən sürücülərə qarşı mübarizəni gücləndirmək məqsədi ilə yol polisinin əməkdaşları tərəfindən rayon ərazisində növbəti reyd keçirilib.
DİN-in mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, şəhərin müxtəlif nöqtələrində təşkil olunan reydlər zamanı təhlükəsizlik kəmərindən, avtomobilin işıq cihazlarından, yəni dönmə siqnallarından düzgün istifadə etməyən, nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi edən və digər qayda pozuntularına yol verən 39 sürücü müəyyən olunub.
Polis əməkdaşları tərəfindən saxlanılan sürücülərlə maarifləndirici söhbətlər aparılıb, sükan arxasında məsuliyyətli olmağın vacibliyi vurğulanıb. Həmin şəxslər barəsində inzibati protokollar tərtib edilib.
Qalereya
Oxşar xəbərlər
Reyd zamanı qaydaları pozan 20 sürücü cərimələndi - FOTO
Qax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən yollarda hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə şəhər ərazisində növ...