Qaxda mikroavtobus qəzaya uğradı, 5 nəfər xəsarət aldı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Qax rayonunda yol qəzası baş verib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında İlisu-Qax avtomobil yolunun rayonun Qaxbaş kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı mikroavtobus yol kənarında dayanmış "Mercedes" markalı minik avtomobilini arxadan vurub. Nəticədə minik avtomobili işıq dirəyinə çırpılıb.
Qəza zamanı hər iki avtomobildə olan 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Xəstəxanaya daxil olan 4 nəfər Gəncə sakini ambulator müalicə üçün evə buraxılıb. Mikroavtobusun sürücüsü olan Şəki sakini Kamran adlı şəxs isə hazırda müayinə olunur.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Ucarda "KamAZ"la avtomobil toqquşub: 2 ölü, 3 yaralı var - VİDEO
Ucar rayonunda minik avtomobili yük avtomobili ilə toqquşub. Hadisə nətisində 2 nəfər ölüb ,3 nəfər isə yaralanıb. Bakıda da sərnişin avtobusu idarəetmədən çıxa...