Qaxda leysan olub, çay daşıb, restoran və evlərin həyətlərini su basıb - FOTO
Qax rayonunda leysan yağışları nəticəsində ictimai iaşə müəssisələrinin və fərdi yaşayış evlərinin həyətlərini su basıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, ötən gün axşam saatlarından etibarən rayon ərazisində güclü küləklə müşahidə olunan leysan başlayıb.
Təbiət hadisəsi nəticəsində yol kənarında olan ağaclar aşıb, yağış suları həyətyanı sahələrə dolub.
Bundan başqa, Qapıçay çayında suyun səviyyəsi artdığından daşqın olub. Nəticədə Marsan və Şotavar kəndlərində yerləşən üç restoranın ərazisi subasmaya məruz qalıb.
Eyni zamanda Marsan kəndində sel suları fərdi yaşayış evlərinin həyətlərinə və zirzəmilərinə dolub.
Hazırda fəsadların aradan qaldırılması istiqamətində müvafiq işlər aparılır.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanın bu bölgələrində TƏBİİ FƏLAKƏT - İnsanlar sürətlə TƏXLİYƏ EDİLİR - VİDEO
Qeyri-sabit hava şəraiti cənub rayonlarında selə səbəb olub. Bunun nəticəsində Masallı və Cəlilabadda evlər su altında qalıb. Aldığımız son məlumata görə köməks...