Qaxda kişi sevgilisinin maşınına zərər vuran arvadını döyüb
Yeniliklərdən dərhal xəbərdar olun
Qaxda aralarında baş vermiş mübahisə zamanı ər arvadını döyüb.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Qorağan kəndində baş verib.
Belə ki, Rahil (adlar şərtidir) sevgilisi Turanəgildə yemək yeyən zaman arvadı Pəricahan da ora gəlib və Turanəni vurub. Bundan sonra araya Rahil girib və onun boğazından tutaraq başını divara vurub. Daha sonra Pəricahan həyətə düşərək Turanəyə məxsus maşının qabaq və arxa şüşələrini sındırıb.
Hazırda onlar barışıblar və inzibati işin icraatına xitam verilməsini xahiş ediblər.
Qax Rayon Məhkəməsinin qərarı ilə inzibati xəta törətmiş şəxs zərərçəkən şəxslə barışdığı üçün icraata xitam verilib.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....