Qaxda ilanların evlərə girməsi ilə bağlı işlər görülür - RƏSMİ
Yeniliklərdən dərhal xəbərdar olun
Qaxın Əmircan qəsəbəsində ilanların məskunlaşdığı ərazi dezinfeksiya olunacaq.
BAKU.WS xəbər verir ki, bu barədə Trend-ə Qax Rayon İcra Hakimiyyətinin Əmircan kənd inzibati ərazi üzrə nümayəndəsi İsmayıl Qasımov bildirib. Onun sözlərinə görə, həmin ərazidə ötən il də tez-tez ilanlar görünürdü:
“İlanların məskunlaşdığı yer ferma ərazisidir və bu hadisə ötən il də təkrarlanmışdı. Həmin vaxt ərazi dezinfeksiya olundu və ilanlar yoxa çıxdı. Artıq dünəndən yenidən sürünənlərin göründüyü və evlərə girməsi barədə məlumatlar daxil olub. Ferma ərazisində 4 yaşayış evi var, həmin evlərdə sabaha qədər yenidən dezinfeksiya işləri görüləcək”.
Qeyd edək ki, Qax rayon Əmircan qəsəbəsində məcburi köçkün ailələrinin yaşadığı ərazini ilan basıb. Sakinlərin sözlərinə görə, ilanlar bir neçə gündür evlərin ətrafında, hətta otaqlarda görünməyə başlayıb.
Oxşar xəbərlər
Gecə yarısı evə girib 16 yaşlı qızın saçından tutdu və ... Azərbaycanda zorlanma cinayəti
Ağdaş rayonunda yetkinlik yaşına çatmayan şəxsə qarşı cinayət törətməkdə təqsirli bilinən 1986-cı il təvəllüdlü İsmayıl İsayevin (ad və soyadlar şərti verilib –...