Qaxda iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var
Yeniliklərdən dərhal xəbərdar olun
Qaxda iki minik avtomobilinin toqquşması nəticəsində ölən və xəsarət alan şəxslərin kimliyi müəyyənləşib.
BAKU.WS report-a istinadən xəbər verir ki, qəza nəticəsində "Niva"da olan sərnişin, 12 yaşlı S.Babazadə ölüb.
Həmin avtomobildə olan digər sərnişinlər 42 yaşlı Əzizə Babayeva, 5 yaşlı uşaq ( oğlan), sürücü 46 yaşlı Ruslan Babayev, eləcə də "Mercedes" in sürücüsü, 33 yaşlı Mehman Rüstəmli xəsarət alıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
***
Qaxda ağır yol-nəqliyyat hadisəsi baş verib, ölən və xəsarət alanlar var.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Qax-Qorağan avtomobil yolunun rayonun Əlibəyli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Mercedes" və "Niva" markalı minik avtomobillərinin toqquşması nəticəsində bir neçə nəfərin ağır bədən xəsarətləri aldığı, bir azyaşlının isə öldüyü bildirilir.
Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....