Qaxda canavarlar 5 baş qoyunu parçalayıb

Qaxda canavarlar 5 baş qoyunu parçalayıb
Hadisə 8

Qaxda canavarlar qoyun sürüsünə hücum edərək 5 baş qoyunu parçalayıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında, rayonun Meşəbaş kəndi ərazisində qeydə alınıb.

Qax şəhər sakini Elşən Omarov otlaq ərazisində qardaşına məxsus qoyunları otararkən 3 baş canavar sürüyə hücum edib. Canavarlar 3 baş qoyunu aparıb, 2 qoyunu isə parçalayaraq tələf ediblər.

Zərərçəkmişlərin sözlərinə görə, bu hal birinci dəfə baş vermir. Əvvəlki illərdə də canavarlar onlara ziyan vurub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər