Qaxda arı yeşikləri yandı
15
iyn
2024
17:25
Qaxda arı yeşikləri yanıb.
BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Qax rayonunun Tasmalı kəndində həyətyanı sahədə dayanan 1 ədəd qoşqunun yanar hissələri, qoşquya yığılan 18 ədəd arı yeşikləri və 0.5 m³ odun yanıb.
Odunun qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Oxşar xəbərlər
“Ağ çiçəyim” ilə yanaşı olan geyim mağazası da yanıb - YENİLƏNİB + FOTO/VİDEO
Fövqəladə Hallar Nazirliyi “Ağ çiçəyim” gül mağazasında baş verən yanğın hadisəsi ilə bağlı yeni məlumat yayıb. Nazirlikdən verilən xəbərə görə, yanğın nəticəsi...