Qaxa istirahətə gedən iş adamının meyiti tapıldı
07
iyl
2025
11:26
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Qaxda istirahətdə olan Bakı sakini evdə ölü tapılıb.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Qaşqaçay kəndində baş verib. Bakı şəhər sakini, 1958-ci il təvəllüdlü Elçin Məmmədov Qax rayonundakı evinə istirahət məqsədilə gedib.
Dünən axşam saatlarında onun yaşadığı evdə meyiti aşkar edilib.
Məlumata görə, əslən Qax rayonundan olan E.Məmmədov Bakıda bizneslə məşğul imiş. O, bir neçə gün öncə istirahət məqsədilə rayondakı evinə gedibmiş.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....