Qatil doğradığı 4 adamı 160 hissəyə bölərək soyuducuya yığıb - FOTO

Qatil doğradığı 4 adamı 160 hissəyə bölərək soyuducuya yığıb - FOTO
Hadisə 397

Türkiyənin İzmir şəhərində qətlə yetirilən 4 türkmənistanlının qətlinin təfərrüatları bəlli olub.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, cinayəti törədən Saparmurat Haliyev polislər tərəfindən saxlanılaraq həbs edilib.

Aparılan istinaq zaman qətllə bağlı dindirilən qonşuları Saparmuratın uzun müddətdir ki, soyuducu və dondurucu almaq istədiyini bildiriblər.

Qatil doğradığı 4 adamı 160 hissəyə bölərək soyuducuya yığıb - FOTO

O, qətli törətdikdən sonra zərərçəkmişlərin telefonlarının yığaraq yaxınlıqdakı mobil aksessuarlar mağazasına satıb.

Cinayətkarın iki ildir həmin ərazidə fəhlə çalışdığı məlum olub. O orada tanış olduğu sevgilisi Gülkamar Hanimovanı qısqanclıq zəminində qətlə yetirib.

Qatil doğradığı 4 adamı 160 hissəyə bölərək soyuducuya yığıb - FOTO

Saparmurat iyunun 13-də 4 türkmənistanlıları öldürüb, doğrayaraq soyuducuya yığıb.

O, cəsədləri 160 hissəyə bölüb. Sadəcə Ruslan Kerimovun meytini 60 parçaya ayırıb. Saparmurat Ruslanın cəsədini dondurucuya, qadınların meytini isə soyuducuya doldurub. Qatilin keçmişdə uzun müddət qəssab işlədiyi məlum olub.

Qatil doğradığı 4 adamı 160 hissəyə bölərək soyuducuya yığıb - FOTO

Xatırladaq ki, Adalet məhəlləsindəki iki mərtəbəli evdə yaşayan türkmənistanlı Gülkamar Hanimovanın yaxınları ondan, qızları Leyla Geldiyarova, Laçin Geldiyarovadan o cümlədən Ruslan Kerimov adlı kişidən xəbər ala bilməyiblər. Onların başına bədbəxt hadisə gəldiyindən şübhələnərək polisə müraciət ediblər.

Qatil doğradığı 4 adamı 160 hissəyə bölərək soyuducuya yığıb - FOTO

Polislər zərərçəkmişlərin evinə baxış keçirərkən soyuducuda cəsəd parçaları aşkar ediblər. Hissələr bölünmüş meyitlər, kimliklərinin bəlli olması üçün ekspertizaya göndərilib.

Qatil Saparmurat Haliyev ötən gün Çeşmə bölgəsində saxlanılıb. O, 4 türkmənsitanlı qısqanclıq zəminində qətlə yetirdiyini etiraf edib.

Qatil doğradığı 4 adamı 160 hissəyə bölərək soyuducuya yığıb - FOTO

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər