Ağstafada Qarayazı qoruğundakı yanğın söndürülüb
Qarayazı Dövlət Təbiət Qoruğunda baş verən yanğın söndürülüb.
APA-nın yerli bürosunun məlumatına görə, 10 hektara yaxın meşə ərazisi yanıb.
Meşənin yaxınlığında baş verən yanğının tədricən meşə ərazisinə keçdiyi bildirilir.
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən baş vermiş yanğın söndürülüb. Meşənin qalan hissəsi yanğından mühafizə edilib.
16:05
Qarayazı Dövlət Təbiət Qoruğunda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, "112" qaynar telefon xəttinə Qarayazı Dövlət Təbiət Qoruğunun Ağstafa rayonu, Soyuqbulaq kəndi ərazisinə düşən hissəsində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
Oxşar xəbərlər
Cəlilabadda avtomobil 78 yaşlı qadını vuraraq öldürüb
Cəlilabad rayonunda piyadanı avtomobil vuraraq öldürüb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb. Yolu...