Qaradağda 10 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb
Qaradağ rayonunda 10 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşları tərəfindən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş 30 yaşlı Arzuman Əhmədov saxlanılıb. Onun üzərindən ümumilikdə 9 kiloqram 986 qram narkotik vasitə – marixuana aşkar edilərək götürülüb.
Araşdırmalarla müəyyən olunub ki, A.Əhmədov istintaqla şəxsiyyəti araşdırılan İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək narkotik vasitələri müxtəlif ünvanlarda gizlətməyi planlaşdırıb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Yevlaxda kafedə PARTLAYIŞ oldu - TƏFƏRRÜAT
Yevlax rayonunda kafedə baş verən partlayış nəticəsində öldüyü bildirilən şəxs sağ qalıb. BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Aran qəsəbəs...