Qarabağda erməni əsgərləri öldürüldü

Qarabağda erməni əsgərləri öldürüldü
Hadisə 3197
 

Martın 1-də, saat təxminən 16.50-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycan ərazilərindəki hərbi hissələrdən birinin müdafiə sahəsində müqavilə ilə xidmət edən əsgər-37 yaşlı Nver Babacanyan ölümcül qəlpə yarası alıb.

BAKU.WS xəbər verir ki, bu barərdə Dağlıq Qarabağdakı separatçı rejimin silahlı birləşməsi məlumat yayıb. Hadisənin təfərrüatlarının müəyyənləşdirilməsi üçün istintaq aparılır.

2 ay əvvəl öz hərbçi yoldaşı, kiçik serjant tərəfindən güllələnmiş Qurqen Sarkisyan da həlak olub. Qurgen Sarkisyan 16 yanvarda başından yaralanmışdı. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Bu gün – martın 1-də əsgər saat 14:10 radələrində Ermənistan Müdafiə Nazirliyinin Mərkəzi kliniki hospitalında ölüb.

BAKU.WS

Oxşar xəbərlər

Qarabağda döyüşlər qızışdı, Ermənistan ordusu itkilərini açıqladı

Qarabağda döyüşlər qızışdı, Ermənistan ordusu itkilərini açıqladı

Ermənistan işğalçı qüvvələri təmas xəttinin şimal (Talış-Goranboy) və şimal-şərq (Ağdərə) istiqamətində itki verib. Virtualaz.org xəbər verir ki, separatçı erm...

16346 Hadisə 14:35 08 fevral 2017

Son xəbərlər