"Qara Qarayev" metrosunun qarşısında dəhşətli hadisə - ürəyindən bıçaqlandı

09
dek
2019
08:41
Bakının Nizami rayonunda qətl hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadla xəbər verir ki, hadisə metronun "Qara Qarayev" stansiyasının yaxınlığında törədilib.
28 yaşlı Kazımov Ramal Kamal oğlu naməlum şəxs tərəfindən ürək nahiyəsindən 5 bıçaq xəsarəti alıb. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Nizami Rayon Prokurorluğu və Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, R.Kazımov işlədiyi mağazanın yaxınlığında mübahisə edib. Qətl də həmin ərazidə törədilib.
Oxşar xəbərlər
Bakıda metro yaxınlığında qan töküldü: Orta yaşlı qadın öldürüldü - VİDEO
Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib. BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, metronun "Dərnəgül" stansiyası yaxınlığında orta yaşlı qadın naməlu...