Qanunsuz dərman vasitələrinin ölkəyə gətirilməsinin qarşısı alınıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Avtomobildə dərman vasitələri aşkarlanıb.
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında qanunsuz yolla gətirilən xeyli miqdarda dərman vasitələrinin realizə edilməsinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən BAKU.WS-ə verilən məlumata görə, keçirilmiş əməliyyat tədbiri nəticəsində Bakı-Qazax istiqamətində hərəkətdə olan “Hyundai elantra” markalı avtomobil Yevlax şəhəri ərazisində saxlanılıb və Yevlax gömrük postuna gətirilib.
Yoxlama zamanı nəqliyyat vasitəsinin arxa oturacaqlarının üstündə iki ədəd karton qutuda olan müxtəlif markalı dərman vasitələri - 43526 həb, 80 ədəd iynə, 106 flakon, 177 ədəd maye, 588 ampul, 148 ədəd məlhəm, 464 ədəd krem, 135 ədəd gel və 120 ədəd iynə başlığı aşkarlanıb.
Qalereya
Oxşar xəbərlər
Bakıda gözəlləşmək üçün həkimə gedən gənc xanımın başına iş gəldi - FOTO
"Dəfələrlə 22.11.2019-cu il tarixindən başlayaraq 13.02.2020-ci il, 07.02.2020-ci il, 11.03.2020-ci il tarixlərində özünü həkim kimi təqdim edən Firuzə Əliyevan...