Qanunsuz ağac kəsimi ilə bağlı cinayət işi başlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Qəbələdə qanunsuz ağac kəsimi ilə bağlı cinayət işi başlanılıb.
Bu barədə BAKU.WS-ə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, feysbuk sosial şəbəkəsində “ecofront” adlı səhifədə Qəbələ rayonunun Məmmədağalı kəndində ağacların qanunsuz kəsilməsi ilə bağlı məlumatlar üzrə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.
Müəyyən edilib ki, Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin Yenikənd meşəbəyliyinin 11 saylı dolayının vəzifəli şəxlərinin Qəbələ rayonu Məmmədağalı kəndi ərazisində bioloji inkişafda olmuş meşə fonduna daxil olan 55 ədəd müxtəlif cinsli və diametrli ağacların qanunsuz kəsilməsi nəticəsində 11 min manat məbləğində ziyan dəyməsi dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olub.
Fakt üzrə Cinayət Məcəlləsinin 259.2.4-cü (qanunsuz ağac kəsmə) və 314.1-ci (səhlənkarlıq) maddələri ilə cinayət işi başlanılaraq istintaqın aparılması üçün Qəbələ Rayon Prokurorluğuna göndərilib.
Oxşar xəbərlər
Azərbaycanda qanunsuz ağac kəsmə faktına görə 10 cinayət işi başlanılıb
Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən aparılmış araşdırma nəticəsində Ağdaş, Bərdə, İmişli, İsmayıllı, Oğuz və Qax rayonlarını...