Qan içində yerdə çabalayırmış - Sevincin cinayətinin şahidləri DANIŞDILAR

Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən parkda 39 yaşlı qadın amansızcasına qətlə yetirilib.
Hadisəni törədən şəxsin isə onun həyat yoldaşı olduğu bildirilir. Şahidlərin sözlərinə görə, qətl qısqanclıq zəminində baş verib.
"Gördüm ki, qadın yıxılıb. Dedilər, bıçaqla vurulub. Oğlan hündürboy idi, elə bil ki, "nəşə" çəkmişdi", - hadisə şahidi deyib.
Qeyd edək ki, öldürülən qadının 1986-cı il təvəllüdlü Sevinc Tofiq qızı Məhərrəmova olduğu müəyyən edilib. Hadisəni törətməkdə şübhəli bilinən 1980-ci il təvəllüdlü Natiq Zakir oğlu Məhərrəmov saxlanılıb.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Ətraflı Baku TV-nin süjetində:

Oxşar xəbərlər
Bakıda tələbə qız özünü 15-ci mərtəbədən ATDI
Bakının Nəsimi rayonunda intihar hadisəsi baş verib. BAKU.WS Bakupost.az.-a istinadən xəbər verir ki, Şövqiyar Abdullayev küçəsi, 23 ünvanında yaşayan birinci k...