Qalmaqallı görüntüləri yayılan yeniyetmə xəstəxanaya yerləşdirilib - YENİLƏNİB - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Yetkinlik yaşına çatmayan şəxs A.C valideyni ilə birgə polis idarəsinə dəvət olunaraq araşdırılıb.
Bu barədə BAKU.WS-ə DİN mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib. Qeyd olunub ki, valideynin iştirakı ilə onun sağlamlıq vəziyyəti nəzərə alınaraq müvafiq xəstəxanaya yerləşdirilməsi təmin olunub.
***10:24
“Sosial şəbəkələrdə yetkinlik yaşına çatmayan şəxsin hərəkətləri ilə bağlı görüntülər araşdırılır”.
BAKU.WS xəbər verir ki, bunu Oxu.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev deyib.
O bildirib ki, əvvəllər də həmin şəxslə bağlı müvafiq tədbirlər görülməsinə baxmayaraq, o, hərəkətlərini davam etdirir. Həmin şəxslə bağlı əlavə tədbirlər görüləcək.
Qeyd edək ki, sosial şəbəkələrdə “Jalilov” adı ilə məşhurlaşan gəncin yaşlı insanları narahat etdiyi videoları gündəm olub.
Oxşar xəbərlər
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİR + FOTO/VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...