Qalib Salahzadənin dəniz kənarındakı obyektlərinin söküntüsünə başlanıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Milli Məclisin sabiq deputatı Qalib Salahzadənin paytaxtın Bilgəh qəsəbəsində obyektlərinin söküntüsünə başlanılıb.
BAKU.WS xəbər verir ki, faktı "Teleqraf"a açıqlamasında Q.Salahzadənin özü təsdiqləyib.
Onun sözlərinə görə, obyektlər ona məxsusdur və ayrı-ayrı adamlara icarəyə verilib.
"Obyektlər Sabunçu Rayon İcra Hakimiyyətinin göstərişi ilə sökülür. Mənə məxsus tikililərin ümumi sahəsi 1 200 kvadrat metrdən çoxdur. Dedilər ki, bura hörmətli bir adamın evinə yaxındır, sökülməlidir. Hələlik bir tikilini söküblər və xəbərdarlıq ediblər ki, digərlərini özümüz sökək. Mən də sökməyəcəyəm", - deyə Q.Salahzadə bildirib.
Xatırladaq ki, daha öncə də Q.Salahzadənin Bilgəhdəki bir neçə obyekti sökülüb, villasının qapısı daşla hörülüb. Obyektlərin yerləşdiyi ərazi dəniz kənarında yerləşir.
Oxşar xəbərlər
DTX Biləsuvarda dron vasitəsilə narkotik vasitələrin qaçaqmalçılığını edənləri saxlayıb
İrandan Azərbaycana dron vasitəsilə narkotik vasitələrin qaçaqmalçılığını edənlər saxlanılıb. Bu barədə BAKU.WS-ə DTX-dən məlumat verilib. Həyata keçirilmiş uğu...