Qadın Bakıdan daxili orqanında qızıl-brilyant aparmaq istədi – FOTO
08
yan
2019
16:26
Külli miqdarda zərgərlik məmulatlarının qanunsuz yolla ölkə ərazisindən çıxarılmasının qarşısı alınıb.BAKU.WS Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Bakı-Moskva aviareysilə gedən Rusiya Federasiyasının vətəndaşı gömrük nəzarəti zonasına daxil olarkən müvafiq qanunvericiliyə əsasən mütləq qaydada bəyan etməli olduğu malları əvvəlcədən gömrük orqanına elektron və ya yazılı formada bəyan etməyib. Xanım vətəndaş 1-ci terminalın A zonasında quraşdırılmış rentgen aparatından keçən zaman monitorda şübhəli əşyaların təsvirləri əks olunduğuna görə saxlanılıb.
Yoxlamadan öncə, həmin şəxsə gömrük nəzarətinə təqdim edilməyən malların könüllü olaraq təqdim edilməsi təklif olunub və o, içərisində 5 ədəd boyunbağı olan kiçik kisəni qarın nahiyəsindən çıxararaq gömrük əməkdaşına təqdim edib.Bundan sonra sərnişinin üzəri təkrar cihazla yoxlanılıb və sərnişinin daxili orqanından 2 ədəd kiçik həcmli kisələr müəyyən edilib. Həmin kisələrə ayrı-ayrılıqda baxış keçirilərkən qızıldan hazırlanmış zərgərlik məmulatları - 5 ədəd boyunbağı, 5 ədəd üzük-sırğa cütü dəsti, 1 ədəd kulon-üzük-sırğa cütü dəsti, 4 cüt sırğa və 1 ədəd üzük aşkar edilib.Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən aşkar olunan zərgərlik məmulatları 750 və 583 əyarlı qızıldan hazırlanıb və ümumi çəkisi 219,98 qram təşkil edir. Məmulatların üzərlərində olan ağ şəffaf qaşlar brilyantdır.BAKU.WS
Oxşar xəbərlər
"Yaşıl kanal"da külli miqdarda qızıl zərgərlik məmulatları aşkarlandı
Gömrükçülər külli miqdarda zərgərlik məmulatının qeyri-qanuni yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.BAKU.WS xəbər verir ki, bu barədə Dövl...