"Qadının saçından tutaraq sürümək istəyib" - RƏSMİ AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Balaxanıda qadına qarşı quldurluq olub.
BAKU.WS xəbər verir ki, bu barədə Haldun Novruzzadə sosial şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə görə, qızıl mağazasında işləyən bibisi Məmmədzadə Nazilə Abbasqulu qızı işdən evə qayıdarkən Balaxanıda bir nəfər ona hücum edərək fiziki zorakılıq törədib. Tofiq adlı şəxs qadının saçını dartıb, boğazından tutub sürümək istəyib. Həmin şəxsi polis çağıraraq polis bölməsinə aparıblar.
H.Novruzzadə qeyd edib ki, adamı bir neçə saat sonra buraxıblar. İddiaya görə Tofiq məhlədə deyib ki, Sabunçu rayon 12-ci bölmənin təhqiqatçısına 5 min AZN pul verib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bölmə rəisi, polis baş leytenantı Zeyni Hüseynov BAKU.WS-in sorğusuna cavab olaraq bildirdi ki, məsələ istintaq mərhələsində olduğu üçün material Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.
"Həmin şəxsin yaşı və sağlamlıq vəziyyəti nəzərə alınaraq sərbəst buraxılıb. İstintaq hərəkətləri ilə onun əməlinə hüquqi qiymət veriləcəkdir. Qeyd olunan məbləğdə pul vəsaitinin alınması ilə bağlı iddialar isə tam əsassızdır".
Oxşar xəbərlər
Bakıda qız söhbətində qan düşdü: Məktəbin yanındakı cinayətin TƏFƏRRÜATI - FOTO
Bakının Sabunçu rayonu Bakıxanov qəsəbəsində 2020-ci il sentyabrın 25-də Məhəmməd Əzimov bıçaq xəsarətləri alır. Yaralı Sabunçu Tibb Mərkəzinin reanimasiya şöbə...