Qadına dəmir dəyənəklə hədəqorxu gələn taksi sürücüsü saxlanıldı - VİDEO

Qadına dəmir dəyənəklə hədəqorxu gələn taksi sürücüsü saxlanıldı - VİDEO
Video
Hadisə 268

"Qadın sürücüyə qorxulu anlar yaşadan taksi sürücüsü saxlanılıb".

BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Bildirilib ki, şəxs barədə toplanan materiallar baxılması üçün məhkəməyə göndərilib:

"Yolun hərəkət hissəsində avtomobilini saxlayaraq dəyənəklə digər sürücüyə hədə-qorxu gələn Sumqayıt şəhər sakini Namiq Sultanov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Şəxs barədə toplanan materiallar baxılması üçün məhkəməyə göndərilib".

Xatırladaq ki, hadisə may ayının 23-də 11:36-da Bakı-Sumqayıt yolunun Beynəlxalq Avtovağzal Kompleksi yaxınlığından keçən hissəsində baş verib. Üzərində taksi nişanı olan nəqliyyat vasitəsinin sürücüsü idarə etdiyi "Opel" markalı 99-UP-654 dövlət nömrə nişanlı avtomobili ilə xanım sürücünün qarşısını kəsib. Daha sonra əlində dəyənəklə nəqliyyat vasitəsindən düşərək xanım sürücünün avtomobilinə doğru hücum çəkib.

Həmin görüntüləri təqdim edirik:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər