Qadın həbsdə olan həyat yoldaşına corabda telefon keçirməyə cəhd etdi
14
dek
2023
12:14
Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı istintaq təcridxanasına mobil telefon aparatının keçirilməsinin qarşısı alınıb.
Xidmətdən verilən məlumata görə, həbs edilmiş şəxs Elşad Allahverdi oğlu Zəkiyevlə görüşə gəlmiş həyat yoldaşı Səidə Əlikram qızı Zəkiyevanın əşyalarına və üzərinə baxış keçirilən zaman corabının içində gizlətdiyi və daxilində 2 ədəd danışıq kartı olan “Redmi” markalı mobil telefon aparatı aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Qohumunu öldürərək yandıran fizika müəllimi: "Hadisədən sonra dəfndə iştirak etdim"
Şəki Ağır Cinayətlər Məhkəməsində Göygöldə oğurluq və Yevlaxda qətl törətməkdə təqsirləndirilən Elnur Hüseynovun cinayət işi üzrə məhkəmə və istintaq ifadəsi mə...