Pulunu ala bilməyən qadın intihar etdi

Pulunu  ala bilməyən qadın intihar etdi
Hadisə 1189
 

Bakıda qadın intihara cəhd edib. Buna səbəb qadının borca verdiyi pulu geri ala bilməməsi olub.

BAKU.WS musavat.com-a istinadən xəbər verir ki, Bülbülə qəsəbə sakini, 1986-cı il təvəllüdlü Xəyalə Hüseynova tanışı Aqşin adlı şəxsə 5600 manat borc verib.

Üzərindən uzun zaman keçsə də, X.Hüseynova borcunu geri ala bilməyib. 

Buna görə də X.Hüseynova yaşadığı evdə intihar məqsədi ilə böyük həcmdə korvalol məhlulu içib. Yaxınları hadisədən xəbər tutaraq, onu xəstəxanaya yerləşdiriblər.

X.Hüseynova daha sonra polisə müraciət edib. 

Hadisə ilə bağlı Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsində araşdırma aparılır.

BAKU.WS

Oxşar xəbərlər

Bakı metrosunda intihar cəhdi

Bakı metrosunda intihar cəhdi

Bakı metrosunda intihara cəhd hadisəsi baş verib. BAKU.WS musavat.com-a istinadən xəbər verir ki, martın 26-da "Qara Qarayev" metrostansiyasında yaşlı qadın öz...

1638 Hadisə 08:45 28 mart 2016

Son xəbərlər