Pul alarkən görüntüsü yayılan polis əməkdaşı ölüb
23
yan
2020
10:04
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Bakıda sosial şəbəkələrdə yol polisinin rüşvət alması ilə bağlı yayılan videogörüntüyə münasibət bildirib.
BAKU.WS-in məlumatına görə, BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev "Report"un sorğusuna cavab olaraq deyib ki, faktla bağlı araşdırmalar aparılıb.
“Araşdırma nəticəsində məlum olub ki, həmin şəxs 14.05.2018-ci il tarixdə daxili işlər orqanlarında xidmətdən xaric edilib və həmin ildə də vəfat edib”, - o bildirib.
Qeyd edək ki, sosial şəbəkələrdə yol polisinin sürücüdən rüşvət alması ilə bağlı videogörüntü yayılıb.
Oxşar xəbərlər
DYP polisin rüşvət alması görüntüsünə münasibət bildirib
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Bakıda sosial şəbəkələrdə Yol Patrul Xidməti (YPX) əməkdaşının rüşvət alması ilə bağlı yayılan videogörüntüyə münasibət bi...