Psixiatriya Xəstəxanasında saxlanılan şəxs ölüb, prokurorluq araşdırma aparır
Ötən il dekabrın 27-də Respublika Psixiatriya Xəstəxanasında müalicə alan B.V-nin (şərti) yemək yeyərkən başının arxa hissəsindən sillə vurulması nəticəsində boğularaq ölməsi barədə Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.
Bu barədə BAKU.WS-ə Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, araşdırma zamanı məhkəmə tibbi-ekspertizası və digər laborator müayinələr keçirilib, eləcə də, zəruri prosessual hərəkətlər icra edilib.
Məhkəmə-tibbi ekspertizanın rəyinə əsasən, şəxsin ölümünə səbəb tənəffüs yolları, udlaq və qırtlağın yad cisimlə tutulması nəticəsində baş vermiş mexaniki asfiksiya (boğulma) olub.
Həmçinin, ekspertizanın rəyi ilə müəyyən olunub ki, şəxsə sillə ilə vurulması nəticəsində yad cismin tənəffüs yoluna düşməsi inkar olunur.
Oxşar xəbərlər
Qəbirdən çıxarılan meyit hamını DƏHŞƏTƏ SALDI - Bakıda FİLM KİMİ CİNAYƏT - FOTO
2013-cü il martın 30-u səhər saat 5 radələrində daxil olan məlumat əsasında Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları Çingiz Mustafayev...