Prospektdə qayda pozan "Qazel" qəzaya səbəb oldu - ANBAAN VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın Babək prospektində yol hərəkəti qaydalarını kobudcasına pozan yük avtomobilinin sürücüsü qəzaya səbəb olub.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisəyə dair görüntülər zərərçəkmiş avtomobilin videoqeydiyyat cihazı tərəfindən lentə alınıb.
Məlum olub ki, "Qazel" markalı yük avtomobilinin sürücüsü birdən-birə 3 zolaq dəyişərək qəfil dönmə hərəkəti edib. Nəticədə həmin avtomobil öz yolu ilə gedən minik avtomobili ilə toqquşub.
Xoşbəxtlikdən avtomobillərə ciddi zərər dəyməyib və xəsarət alan olmayıb.
Hadisə anının görüntülərini təqdim edirik:
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....