Prokurorluğa çağırılan Çelsi ölkədən qaçdı
Son günlər paylaşımları ilə gündəmə gələn model Çelsi Baxşıyeva prokurorluğa çağırılıb.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, sosial şəbəkələrdə nalayiq ifadələr işlədən tiktoker çağırışa getməyib, həmin gün ölkəni tərk edib.
Məsələ ilə bağlı Çelsinin də mövqeyini öyrəndik. O, şikayət etdiyi Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı Anar Pirməmmədov tərəfindən hədələndiyi üçün ölkəni tərk etmək məcburiyyətində qaldığını deyib. Model son günlər özünün icazəsi olmadan şəxsi şəkillərinin yayılması faktı ilə bağlı da hüquq-mühafizə orqanlarına müraciət edib.
Çelsinin vəkili Asim Abbasov isə deyib ki, müvəkkili prokurorluğa dəvət olunan vaxt ölkədə olmayıb, bu səbəbdən məsuliyyətə cəlb edilməsi ilə bağlı qərar yoxdur.
Qeyd edək ki, bir neçə gün əvvəl Çelsi Anar Pirməmmədova qarşı ciddi ittihamlar səsləndirib. O iddia edib ki, aralarında sevgi münasibəti olub. Daha sonra Pirməmmədovun evli və iki övladı olduğunu öyrənib, onun tərəfindən şəxsi xarakterli video, yazışmaları ilə təhdid edilib.
Baxşıyevanın sözlərinə görə, əvvəllər 1 ay müddətinə inzibati qaydada həbs edilməsinə səbəbkar da elə Anar Pirməmmədov olub.
Bu ittihamlardan sonra Anar Pirməmmədovun FHN-dəki vəzifəsindən azad edildiyi bildirilir.
Oxşar xəbərlər
Ötən gün borclu şəxs qismində axtarışda olan 74 nəfər saxlanılıb
Ötən gün axtarışda olduğuna görə ümumilikdə 106 nəfər saxlanılıb. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, cümlədən borclu...