Polisin əmrinə tabe olmayan KamAZ sürücüsü məsuliyyətə cəlb edildi - VİDEO

Polisin əmrinə tabe olmayan KamAZ sürücüsü məsuliyyətə cəlb edildi - VİDEO
Video
Hadisə 257

Sosial şəbəkələrdə polisin qanuni tələblərini yerinə yetirməyən KamAZ sürücüsü ilə bağlı tədbir görülüb.

Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov BAKU.WS-ə bildirib ki, həqiqətən, dekabrın 18-də, saat 21.00 radələrində Xətai rayonu, Nobel prospekti ilə hərəkətdə olan KamAZ markalı, 10 HZ 667 dövlət nömrə nişanlı avtomobili idarə edən Şüvəlan qəsəbəsi sakini, 36 yaşlı Məmmədov Balaəhməd Ağaəhməd oğlu sənədləri qaydasında olmadığı üçün polis tərəfindən verilən “saxla” işarəsinə əməl etməyərək qaçmağa cəhd göstərib.

Lakin buna baxmayaraq, polis əməkdaşlarının operativliyi və təhlükəsizlik qaydalarını nəzərə alaraq gördüyü tədbirlər nəticəsində sürücü avtomobillə birlikdə saxlanılıb.

Nəqliyyat vasitəsi müvəqqəti mühafizə olunan duracağa qoyulub, sürücü barəsində isə müvafiq araşdırma aparılmaqla Xətai rayon Polis İdarəsinin 36-cı polis şöbəsinə təhvil verilib. Sürücü barəsində qanunvericiliyin tələbinə uyğun tədbir görülüb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər