Polisdən xaricdən gələn zənglərlə bağlı əhaliyə xəbərdarlıq

Polisdən xaricdən gələn zənglərlə bağlı əhaliyə xəbərdarlıq
Hadisə 544

Daxili İşlər Nazirliyi (DİN) bank müştərilərinə xaricdən gələn zənglərlə bağlı xəbərdarlıq edib.

BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev feysbukda paylaşım edib.

Paylaşımda deyilir:

"Bu gün Nərimanov rayonunda bir vətəndaşa xarici nömrədən zəng olunmaqla, "Bankdandır, dəqiqləşdirmə aparılır, şifrəni verin, zəhmət olmasa...." deyilməklə, bank kartının məlumatları istənilib.

Kart sahibi heç bir dəqiqləşdirmə aparmadan məlumatları tanımadığı şəxsə ötürüb. Nəticədə hesabında olan külli miqdarda vəsait xarici bank hesabına köçürülüb.

Vətəndaşlara tövsiyə edirik ki, tanımadığınız şəxslərə bank kart məlumatlarını ötürməyin, müştərisi olduğunuz banklara sizin bank kart məlumatlarınız lazım deyil".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Azərbaycanda gənc nişanlısına dəfələrlə təcavüz edib nişanı qaytardı - MƏHKƏMƏ

Azərbaycanda gənc nişanlısına dəfələrlə təcavüz edib nişanı qaytardı - MƏHKƏMƏ

Azərbaycanda nişanlısına qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən 1990-cı il təvəllüdlü Bakı sakini Elşad Rəhimovun cinayət işinə...

15815 Hadisə 10:55 05 avqust 2020

Son xəbərlər