Polis özünü körpüdən atmaq istəyən oğlanı son anda xilas etdi - VİDEO

Polis özünü körpüdən atmaq istəyən oğlanı son anda xilas etdi - VİDEO
Video
Hadisə 416

Mayın 12-də saat 23 radələrində 22 yaşlı Ağstafa rayon Dağkəsəmən kənd sakini Adil Allahverdiyev Ağstafa çayının Qazax rayon ərazisindən keçən hissəsinin üzərində olan körpüdən özünü ataraq intihar etmək istəyib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan BAKU.WS-in bölgə müxbirinə verilən məlumata görə, dərhal hadisə yerinə Qazax RPŞ-nin əməkdaşları gələrək onunla profilaktik söhbətlər aparıb.

Buna baxmayaraq A. Allahverdiyev özünü atmaq istəsə də, polis əməkdaşlarının çevikliyi və operativ reaksiyası nəticəsində gəncin həyatını xilas etmək mümkün olub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər