Polis kassaları talayan şəxsi saxladı - Bu şəxsin əməllərindən başqa zərərçəkənlər varsa…
Yeniliklərdən dərhal xəbərdar olun
Xətai rayonunda yerləşən marketlərdən birindən oğurluq edilib.
DİN-in mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, naməlum şəxs kassanın nəzarətsiz qalmasından istifadə edərək orada olan 1000 manatı gizli olaraq talayıb.
Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Əliəsgər İsmayılov saxlanılıb.
Araşdırmalar zamanı həmin şəxsin eyni üsulla Xətai və paytaxtın digər ərazilərində də oğurluqlar etdiyi məlum olub.
Faktla bağlı toplanan materiallar Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Əliəsgər İsmayılov barəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, ərazi polis orqanlarına, DİN-in “102” Zəng Mərkəzinə və sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.
Oxşar xəbərlər
Bakıda oğrulara qarşı əməliyyat - FOTO/VİDEO
Səbail rayonunda silsilə oğurluqlar edən və narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 7 nəfər saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən...