Polis Göyçayda əməliyyat keçirdi - Saxlanılanlar var - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son günlər ərzində keçirilən əməliyyatlar zamanı rayon ərazisində narkotiklərin dövriyyəsi ilə məşğul olan 6 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatları əsasında keçirilən tədbirlər zamanı rayon sakinləri- Samir Məmmədov, Rəşad Abdullayev, Azər Mahmudov, Qurbani Allahverdi, Elçin Hacıyev və Şöhrət Xudiyev narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli bilindikləri üçün saxlanılıblar.
Şəxsi axtarış zamanı onlardan heroin, Samir Məmmədov və Elçin Hacıyevdən isə əlavə olaraq metamfetamin də aşkar edilərək götürülüb.
Araşdırma zamanı saxlanılanların əksəriyyətinin əvvəllər də analoji, eləcə də, digər cinayət əməllərinə görə məhkum edildikləri məlum olub.
Faktlarla bağlı cinayət işləri başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
Polis əməliyyatlar keçirib, daha 21 nəfər saxlanılıb - VİDEO
Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsini və qaçaq...