Polis gəncləri bu görüntülərə görə həbs etdi - VİDEO

Polis gəncləri bu görüntülərə görə həbs etdi - VİDEO
Video
Hadisə 1918

Gəncədə avtoxuliqanlıq edən şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan BAKU.WS-in bölgə müxbirinə verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə şəhər ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər sürücülərə təhlükə yaradan, cəmiyyətə açıqca hörmətsizlik edən bir qrup sürücü saxlanılaraq barələrində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Araşdırmalarla polis əməkdaşları tərəfindən saxlanılan, Gəncə şəhər sakinləri Arif Tağıyev, Asif Tağıyev və Toğrul Əliyevin müxtəlif vaxtlarda şəhərin bəlli küçə və yollarında avtoxuliqanlıq hərəkətləri etmələri məlum olub.

“Chevrolet” və “VAZ 21074” markalı avtomobilləri idarə edərək yollarda intizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan bu şəxslər barəsində Gəncə şəhər BPİ-nin DYPŞ-nin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmə saxlanılan şəxslərin hər birinə 15 sutka həbs verib, onlar 1 il müddətinə sürücülük hüququndan məhrum ediliblər.

Oxşar xəbərlər

Gəncədə əməliyyat - “Avtoş”lar saxlanıldı-FOTO

Gəncədə əməliyyat - “Avtoş”lar saxlanıldı-FOTO

Gəncədə avtoxuliqanlar saxlanılıblar. Bu barədə DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan BAKU.WS-ə məlumat verilib. Bildirilib ki, Gəncə Şəhər Baş Pol...

1282 Hadisə 14:16 30 yanvar 2020

Son xəbərlər