Polis əməliyyat keçirdi, qardaşlar saxlanıldı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Ağdam Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Bəybalalar kəndində yaşayan Vüsal Ağayev və qardaşı Asif saxlanılıblar.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, V.Ağayevin həyətyanı sahəsinə baxış keçirilən zaman aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 374 ədəd, qardaşı Asifin həyətyanı sahəsindən isə 111 ədəd çətənə bitkisi aşkarlanaraq götürülüb.
Faktla bağlı Ağdam RPŞ-də araşdırmalar davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
Qarğıdalı sahəsində narkotik bitkilər becərən qonşular saxlanılıb - FOTO
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcə də narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul ol...