Polis dəm qazından zəhərlənən yeniyetməni xilas etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Mingəçevir Şəhər Polis Şöbəsinin Post Patrul Xidməti bölüyünün əməkdaşları - Ülvi Paşabəyli, Sənan Süleymanlı və Nizam Səfərli şəhərin 20 Yanvar küçəsində xidmətdə olan zaman bir azyaşlı oğlan onlara yaxınlaşıb və bacısının evdə huşsuz vəziyyətdə yerə yıxıldığını, polislərin ona kömək etməsini istəyib.
Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, polis əməkdaşları dərhal həmin ünvana gedib və yeniyetmə qızın vəziyyətinin pis olduğunu görüblər.
İlkin tibbi yardım göstərdikdən sonra polislər onu dərhal xidməti avtomobilləri ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırıblar.
Yeniyetmənin dəm qazından zəhərləndiyi müəyyən edilib və həkimlərin də səyi ilə onu həyata qaytarmaq mümkün olub.
Oxşar xəbərlər
Bakıda musiqi sifarişi üstündə 28 yaşlı gəncin boynunu sındırdılar - VİDEO
2018-ci il oktyabrın 10-nu səhər saat 4:06-da “103” xidmətinə çağırış daxil olub. BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, məlumatda avtobus dayanacaqların...